- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
"İttiham tərəfindən soruşuram, hansı əsasla həbsdə saxlanılıram?".
Alim olmaq istəyən L.Şahmarova iş yoldaşının əri M.Babayevdən kömək istəyib və elmi dərəcəni təsdiqlətmək üçün ona 22 min manat verib.
"Bizim söhbətlərdə dövlət əleyhinə çağırış, hakimiyyəti zorla ələ keçirmək söhbəti olmayıb".
Azərbaycanda dini qaydalarla yönəldilən "Kərimə dövləti" qurmağa cəhddə suçlanan 13 nəfərlə bağlı ilyarımdır sürən məhkəmə istintaqı tamamlanıb.
"Kanal11" internet televiziyasının rəhbəri Teymur Kərimovun həbs müddəti azaldılıb. Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi onun vəkilinin verdiyi vəsatəti qismən təmin edib və Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.
"Mənə böhtan atıb əllərimi qandalladılar, təhqir elədilər, başımı divara vurdular".
Alatavada söküntü zamanı içində sakinlər olan evin uçurulduğu üçün həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində "AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin, o sıradan AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin mühakiməsi davam edir.
10 gün öncə məhkəmədə prokuror ittihamların məhkəmədə təsdiqini tapdığını bildirərək İ.Əbilova 19 il həbs cəzası verilməsini istəmişdi.
Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.
Yaxınları bunu da bildiriblər ki, saxlanılarkən başına vurulan zərbələr üzündən Ülviyyə Əlinin səhhətində ciddi problemlər yaranıb.
Azərbaycan 10 ildən sonra Qırmızı Meydanda Qələbə paradına qayıdır – keçmişə ehtiram, yoxsa müharibə və təcridlə assosiasiya olunan bir tribunada yer almaq üçün?
Nicat İbrahim məhkəmədə dindirilən ekspertin dediklərinə etirazını özünün baş nahiyəsinə xəsarət yetirməklə bildirib.
ToplumTV-nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, evində axtarış aparılarkən uşaqlarının doğum günlərinə aid disklər, ailə albomları, özünün 30 illik fəaliyyətinə aid arxivi də götürülüb və indiyədək heç biri qaytarılmayıb.
Saatlı rayonunda ölmüş adamın adına uzun müddət pensiya alınıb. Bunu ört-basdır etməkdən ötrü ölüm tarixi rəsmi şəkildə dəyişdirilib.
AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə yazır ki, hakimiyyət qollarının (parlament və məhkəmə) icraedici orqanın nəzarətində olduğu Azərbaycan kimi ölkələrdə müstəqil media nəinki dördüncü, hətta ikinci hakimiyyət rolunu oynayır.
Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Beynəlxalq münasibətlər fakültəsində bakalavr, ardından Təl-Əviv Universitetində magistr təhsili almış 25 yaşlı Ceyhun Hüseynovun hərbi xidmət zamanı ölümünü hüquq-mühafizə orqanları öncə qətl sayırmış.
AzadlıqRadiosunun həbsdə olan əməkdaşı Fərid Mehralızadə məhkəmədə prokurorun onun ünvanına səsləndirdiyi "kloun" ifadəsinə görə üzr istəməsini tələb edib.
"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının sağlamlığındakı problemlə bağlı cəzasının qalan hissəsindən azad edilməsindən ötrü vəkilləri məhkəməyə üz tutublar.
Bakı aylardır Vaşinqtona isti dost mesajları ötürür, ABŞ ilə əlaqələri strateji səviyyəyə qaldırmaqdan danışır. Bəs, rəsmi Bakının çağırışlarına Vaşinqtonun cavabı varmı?
Davamı