Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 21:41
Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'

Şahin Şıxlinski axtarışa verilib

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara arşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma daha sonra Azərbaycan diasporunun bəzi üzvləri də saxlanıb. Bundan bir neçə gün sonra – iyunun 30-da Azərbaycanda isə narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı bildirilib, yayılan görüntülərdə tutulanların üzərində zorakılıq izləri müşahidə olunub. İyulun 1-də də "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.

Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu saxlanıb

Yekaterinburqda yerli Azərbaycan diasporu rəhbərinin oğlu Mütvəli Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.

E1.RU xəbər verir ki, Mütvəlinin saxlanması güc strukturu əməkdaşına xəsarət yetirilməsi ilə bağlıdır.

İyulun əvvəlində onun atası Şahin Şıxlinski saxlanmış, dindirildikdən sonra sərbəst buraxılmışdı. Həmin anın videolarından görünür ki, Şıxlinskinin oğlu olduğu üzə çıxan sürücü təhlükəsizlik qüvvələrini görüncə, "Gelandewagen"i qəfil arxaya sürür və açıq qapı ilə xüsusitəyinatlılardan birini vurur.

Diasporun rəhbəri Ş.Şıxlinskiyə də cinayət işi açılsa da, o gizlənib. Axtarışa verilib.

Ş.Şıxlinskinin adı 2001-2011-ci illərdə Yekaterinburqda törədilmiş silsilə qətllərin istintaqı ilə əlaqədar Səfərov qardaşlarına qarşı cinayət işində şahid qismində hallanır.


Rusiyada polislər azərbaycanlı iş adamlarına himayədarlıqda şübhəli bilinir

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhlükəsizlik İdarəsinin əməliyyatçılarının Leninqrad vilayətinin Vsevolojsk rayonunun bir neçə polis əməkdaşının qanunsuz fəaliyyətini aşkarlayaraq qarşısını aldıqları bildirilir.

Rəsmi açıqlamaya görə, ilkin olaraq müəyyən edilib ki, 2023-cü ildən bir sıra vəzifəli şəxslər, o cümlədən rayon polisinin rəhbər heyəti rayonda fəaliyyət göstərən iş adamlarına pul əvəzində himayədarlıq ediblər.

İstintaqın məlumatına görə, qonşu ölkələrdən birindən gəlmələr miqrant həmvətənlərini əmək fəaliyyətinə cəlb edərək mənşəyi şübhəli olan spirtli içkilər və tütün məmulatlarının satışını həyata keçiriblər.

İyulun 10-da təqsirləndirilən şəxslərin, habelə iş adamlarının yaşadıqları yerlərdə və ticarət obyektlərində axtarış-həbslər aparılıb.

Rusiya mediası sahibkarların Azərbaycan əsilli olduğunu yazır.

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarına qadağa qoyub

2025-ci il iyulun 11-dən "Rosselxoznadzor" Azərbaycanın "ALLBUY MMC" və "MILK PRODUCTS MMC" müəssisələrinin istehsal etdiyi bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa qoyub.

Bildirilir ki, bu qərar istehsalçıların Rusiya yoxlamasından keçməkdən imtina etmələri və məhsullarının Rusiyaya gələcək tədarükündə maraqlı olmamaları ilə bağlıdır.

Bundan əlavə, "Rosselxoznadzor" iyulun 14-dək Azərbaycanın aidiyyətı qurumundan digər istehsalçıların da xammalının mənşəyi barədə məlumat tələb edib:

– "ATENA MMC" (süd və süd məhsullarının istehsalı);

– "AZEMAL MMC" (süd, pendir, yağ, qaymaq);

– "AZ. MILKA EXPORT MMC" (süd məhsullarının (kərə yağı) istehsalı və emalı).

Azərbaycan tərəfi bu barədə rəsmi açıqlama verməyib.

Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib. O, bundan əvvəl Rusiya vətəndaşlığından məhrum olunmuşdu.

"İzvestiya" hava limanından İbrahimovla video yayımlayıb. O, deportasiya qərarının onun üçün gözlənilməz olduğunu, buna görə "bir az" üzüldüyünü deyib.

İbrahimovun 30 ildir Rusiyada yaşadığı vurğulanır.


Davamı

XS
SM
MD
LG