Buça qırğınından yeni görüntülər – Rusiya Yablunska küçəsində dinc sakinləri belə hədəfə alıb
2022-ci ilin martında Rusiya qüvvələri Ukraynanın Buça şəhərini ələ keçirəndə Yablunska küçəsində üç gün ərzində onlarla dinc sakin öldürülüb. Rusiya hakimiyyəti sonradan iddia etdi ki, qırğın görüntüləri quramadır. Amma hadisə şahidlərinin danışdıqlarından görünən odur ki, sakinlərin çoxu yalnız atışma qurbanı olmayıb, onları bilərəkdən hədəfə alıblar. AzadlıqRadiosunun Ukrayna xidməti müşahidə kameraları, dron görüntüləri, hərbi bilgilər əsasında araşdırma aparıb, Yablunska küçəsində ən qanlı günlərin tam mənzərəsini ortaya qoyub. Qanlı qırğın üçün məsuliyyət daşıyan bəzi zabitlərin kimliyini də müəyyənləşdirmək mümkün olub.
Arxiv
-
İyul 17, 2025
İsrailin hərbi maşınları Suriyaya daxil olub
-
İyul 17, 2025
Rusiya Dobropolyanı vurub, ölənlər var
-
İyul 16, 2025
Ukraynalı dron ovçuları Konstantinovka küçələrində